Kriminal

Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Aug 2026, 22:36 3 baxış
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
Ucarda iki yük avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Ramal kəndindən keçən hissəsində baş verib. Məlumata görə, "KamAZ" və "Ford" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər hadisə yerində həyatını itirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ölən şəxslərin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisənin səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər