Kriminal
Bakı-Qazax yolunda QƏZA: Altı nəfər xəsarət aldı - FOTO
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə altı nəfər xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az