Kriminal
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var - VİDEO
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Oxu.Az-ın məlumatına görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb. Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.
Mənbə
oxu.az