Kriminal

Ağdaşda VAZ su kanalına düşdü

15 Aug 2026, 15:08 2 baxış
Ağdaşda VAZ su kanalına düşdü
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər