Kriminal

"Təsərrüfat işləri ilə məşğul idik, qayıdanda körpünü keçə bilmədik" - Tovuzda sel çətin anlar yaşatdı - VİDEO

14 Aug 2026, 22:10 2 baxış
"Təsərrüfat işləri ilə məşğul idik, qayıdanda körpünü keçə bilmədik" - Tovuzda sel çətin anlar yaşatdı - VİDEO
Tovuz rayonunda güclü yağışdan sonra gələn sel fəsadlar törədib. Belə ki, ötən gündən başlayan aramsız yağışlar səbəbindən Zəyəm çayında suyun səviyyəsi kəskin artıb. Nəticədə, İsəkənd kəndini iki hissəyə bölən Zəyəm çayının üzərindəki körpü sel suları səbəbindən sıradan çıxıb. Bu barədə Baku TV-nin materialında deyilir.

Bununla da İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər hadisə ilə bağlı jurnalistlərə açıqlama veriblər. "Biz təsərrüfat işləri ilə məşğul idik. Qayıdanda körpünü keçə bilmədik. Aidiyyəti qurumlara zəng etsək də, köməyə heç kim gəlmədi. Ağır xəstələrimiz var. Dünyasını dəyişən olsa, qəbiristanlıq çayın bu tayındadır, onu necə aparacağıq?!" - sakinlərdən biri söyləyib. Digər bir vətəndaş isə qeyd edib: "Hər il olduğu kimi, bu il də körpümüz bərbad vəziyyətdədir. Evdə yaşlı, xəstə anam var, həkimə apara bilmirəm. Hər dəfə körpünün təmir olunacağını desələr də, ortada heç bir nəticə yoxdur".
Mənbə oxu.az

Oxşar Xəbərlər