Kriminal
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət alıb - FOTO
Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi) 13.08.2026-cı il tarixində saat 16:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) deyib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır. Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Toyota Camry", VAZ-2107 və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və VAZ-2107 aşaraq yolun sağ və sol kənarlarına düşüblər. Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az