Kriminal

Xocavənddə güclü yanğın başladı

13 Aug 2026, 22:26 1 baxış
Xocavənddə güclü yanğın başladı

Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb.


Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb.


Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib. Alov ətraf ərazilərdən aydın şəkildə müşahidə olunur.


Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Mənbə axar.az

Oxşar Xəbərlər