Kriminal
Lənkəranın kənd və qəsəbələrində yanğınlar baş verib - FOTO
Lənkəranda bir gündə bir neçə kənd, qəsəbə və yaşayış məntəqəsində yanğın qeydə alınıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, yanğınlar əsasən rayonun Mis və Şürük kəndlərində, eləcə də Liman şəhəri və Nərimanabad-1 qəsəbəsində baş verib. Daxil olan məlumatlarla əlaqədar Lənkəran və Masallı Rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnikaları və canlı qüvvələri ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı alınıb. Hazırda Xarici Dillər Təmayüllü Gimnaziyanın həyətyanı sahəsində otlaq ərazidə yanğın davam edir. Qeyd edək ki, yanğınlar zamanı əsasən quru ot və kol-kos yanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az