Kriminal
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1 810 ədəd psixotrop tərkibli "Metadon M-40" həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikasının vətəndaşı - 1975-ci il təvəllüdlü Hüseyn Novruz Ağapur saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə
oxu.az