Cəmiyyət
Üfunət və çoxalan həşəratlar: Mərdəkan sakinlərinin həllini tapmayan problemi - VİDEO
Xəzər rayonunun Mərdəkan qəsəbəsində sakinlər məişət tullantılarının qanunsuz şəkildə boş əraziyə atılmasından narazıdırlar. Baku TV-yə danışan sakinlər bildirirlər ki, Maarif Musayev küçəsində yerləşən sahə illərdir zibilliyə çevrilib. Ərazi hasarlansa da, hasarın bir hissəsinin dağıdılması tullantıların buraya daşınmasını asanlaşdırır. Xüsusilə isti havalarda yaranan üfunət qoxusu və həşəratların çoxalması sakinlərin narahatlığına səbəb olur. Məlumata görə, ərazidə tullantıların yandırılması ilə bağlı daha əvvəl yanğın hadisəsi də baş verib. Bildirilir ki, tullantıların yandırılması zamanı ərazidə güclü tüstülənmə yaranıb və yaxınlıqdakı sakinlər müdaxilə edərək yanğını söndürüblər.
Sakinlər problemin aradan qaldırılması üçün ərazinin təmizlənməsini və hasarın dağıdılmış hissəsinin bərpa olunmasını istəyirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara bununla bağlı müraciətlər edilsə də, problem hələ də həllini tapmayıb.

Mənbə
oxu.az