Dünya
ABŞ-də benzinin qiymətində rekord qeydə alınıb
ABŞ-də benzinin orta qiyməti müşahidə tarixinin bütün dövrü ərzində ilin bu vaxtı üçün ən yüksək həddə çataraq bir qallon (3,78 litr) üçün dörd dolları ötüb. Oxu.Az xəbər verir ki, bu barədə yanacaq qiymətlərini izləyən "GasBuddy" xidmətinin neft bazarı təhlili şöbəsinin rəhbəri Patrik De Haan "X" sosial şəbəkəsində bildirib. O vurğulayıb ki, əvvəlki illərdə ölkə üzrə benzinin orta qiyməti avqustun 12-dən sonra heç vaxt qallon üçün 4 dolları keçməmişdi. Yalnız 2022-ci ildə ölkədə benzinin orta qiyməti o dövr üçün rekord hesab edilən qallon üçün 3.98 dollar təşkil etmişdi. Xatırladaq ki, daha əvvəl ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin 2026-cı ildəki orta qiyməti üzrə proqnozunu 6% artıraraq bir barel üçün 81.91 dollardan 86.81 dollara qaldırıb.
Mənbə
oxu.az