Dünya
Çox yemək və eyni zamanda da arıqlamaq istəyirsiniz? - Diyetoloqdan məsləhətlər
Diyetoloq daha çox qida qəbul etmək istəyənlər üçün tövsiyələr verib. Oxu.Az xəbər verir ki, diyetoloq Eliza Harlou "Yahoo" nəşrinə müsahibəsində "həcmli qidalanma" kimi tanınan qidalanma prinsiplərindən danışıb. Onun sözlərinə görə, bu yanaşmada daha az kalorili və həcmi böyük qidalara üstünlük verilir. O bildirib ki, belə qidalanma insanları daha çox meyvə və tərəvəz istehlak etməyə təşviq edə bilər. Eliza Harlou qeyd edib ki, bu yanaşma bəzi insanların kalori hesablamasına ehtiyac duymadan qidalanmasına kömək edə bilər. Bununla belə, o vurğulayıb ki, yağların həddindən artıq məhdudlaşdırılması düzgün deyil. Mütəxəssis faydalı yağ mənbələri kimi qoz-fındıq, tumlar və avokadonu qeyd edib. "Bu məhsullar ümumilikdə sağlamlıq üçün faydalıdır. Onların tərkibində beyin, ürək, gözlər, oynaqlar və immun sisteminin fəaliyyətini dəstəkləyən omeqa-3 yağ turşuları var", - deyə mütəxəssis izah edib. Eliza Harlounun sözlərinə görə, bu qidalanma yanaşmasına üstünlük verənlər üçün çiy tərəvəzlər və humus, giləmeyvələr, popkorn, kəsmik və meyvələr qəlyanaltı kimi istifadə oluna bilər. O, həmçinin tərəvəzləri müxtəlif yeməklərə əlavə etməyi, məsələn, omletə ispanaq qatmağı, isti yeməklərdə isə düyü və makaronun bir hissəsini tərəvəzlərlə əvəz etməyi təklif edib.
Mənbə
oxu.az