Kriminal
Şəhərin mərkəzində avtobus yandı - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Mənbə
oxu.az