Cəmiyyət

Naxçıvanda tikilən yeni mehmanxana kompleksi ilə bağlı detallar açıqlandı - VİDEO

12 Aug 2026, 20:00 1 baxış
Naxçıvanda tikilən yeni mehmanxana kompleksi ilə bağlı detallar açıqlandı - VİDEO
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Naxçıvan" Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Baku TV Heydər Əliyev prospektində tikintisinə başlanılan mehmanxanadan ən son görüntüləri təqdim edib.

Qeyd edək ki, kompleksin ümumi sahəsi bir hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələr də yaradılacaq. Mehmanxanada eyni vaxtda 307 qonaq qala biləcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub. Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe, restoran, tədbir və ziyafət zalı yaradılacaq. Bu zal ziyafət zamanı 350, konfrans vaxtı isə 500 yerlik olacaq. Burada, həmçinin görüş, iclas və iş otaqları, idman zalı da yaradılacaq. Eyni zamanda, yeraltı avtodayanacağın inşası da nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər