İqtisadiyyat

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan habı: Prezidentin ayırdığı 258 milyon manat nələri dəyişəcək?

12 Aug 2026, 19:36 1 baxış
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan habı: Prezidentin ayırdığı 258 milyon manat nələri dəyişəcək?
"Zəngəzur dəhlizinin açılması Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan habının işə düşməsinə imkan yaradacaq". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamını şərh edərkən deyib. O xatırladıb ki, muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsinə ümumilikdə 258 milyon manat ayrılıb:
"Bu vəsait əsasən, enerji, nəqliyyat-infrastruktur, təhsil, sosial infrastruktura yönəldiləcək. Sərəncam Naxçıvan üçün yeni imkanlar yaratmış olacaq. Xüsusilə məşğulluq məsələlərinə, o cümlədən Naxçıvanın abadlaşdırılmasına yönələcək vəsait muxtar respublikada yeni ab-hava yaradacaq. Bu xüsusda qeyd etmək lazımdır ki, 100 mindən çox əhalinin istifadəsində olan yollar təmir olunacaq, yeni yataqxana tikiləcək, həmçinin təhsil müəssisələri bərpa ediləcək. Səfər çərçivəsində Prezident İlham Əliyev Naxçıvanda "yaşıl enerji" istiqamətində görülən işlərlə də tanış oldu. Bu kimi proseslər ondan xəbər verir ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur hab şəklində istifadə olunacaq ərazilərdir. Buradan logistika işlərinin həyata keçirilməsi, sənaye parklarının inkişafı, həmçinin sözügedən ərazinin Türkiyə ilə sərhədinin olması Naxçıvanın strateji əhəmiyyətindən xəbər verir. Bu gün əsas vəsaitin Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuğuna yönəlməsinə baxmayaraq, Naxçıvan da diqqətdən kənarda qalmır", - deyə millət vəkili bildirib.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan habı: Prezidentin ayırdığı 258 milyon manat nələri dəyişəcək? Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan habı: Prezidentin ayırdığı 258 milyon manat nələri dəyişəcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər