Digər

Zəlzələ Kolumbiyanın qəhvə ixracına böyük ziyan vurdu

12 Aug 2026, 18:00 2 baxış
Zəlzələ Kolumbiyanın qəhvə ixracına böyük ziyan vurdu

Kolumbiyada baş verən zəlzələ ölkənin əsas qəhvə ixracı marşrutunu pozub.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Kolumbiya Milli Qəhvə İstehsalçıları Federasiyasına istinadla məlumat yayıb.


“Zəlzələ ölkənin qəhvə ixracının 60%-nın istifadə etdiyi yolda nəqliyyatın hərəkətini pozub. Bundan əlavə, Kolumbiyanın əsas Sakit okean limanı olan Buenaventurada əməliyyatlar dayandırılıb.


Sakit okean limanındakı terminallar infrastruktur yoxlamaları üçün fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Torpaq sürüşmələri də giriş yollarını bağlayıb. Lakin Karib dənizi sahili vasitəsilə ixrac davam edir”, - məlumatda bildirilib.


Qeyd edək ki, 10 avqustda Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər