Cəmiyyət

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başladı - VİDEO

12 Aug 2026, 18:50 2 baxış
Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başladı - VİDEO
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Baku TV Naxçıvan Regional DOST Mərkəzindən reportaj hazırlayıb.

Qeyd edək ki, hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər