Digər

Fransada dəhşətli istilər: Ölkə susuz qalıb

12 Aug 2026, 17:36 1 baxış
Fransada dəhşətli istilər: Ölkə susuz qalıb

Fransa anomal istilər və quraqlıq səbəbindən kəskin su çatışmazlığı yaşayır.


Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.


Fransa Ekoloji Transformasiya Nazirliyindən bildirilib ki, ölkənin 70%-də su istehlakı məhdudlaşdırılıb:


“Fransa xüsusilə şiddətli quraqlıq yaşadıqca, iqlim dəyişikliyinin təsiri su ehtiyatlarına təzyiqi artırmağa davam edir. Fransanın təxminən 70%-i su məhdudiyyətləri altındadır”.


Qeyd edək ki, son üç ay ərzində Fransa yüksək temperatur və yağışın olmaması ilə müşayiət olunan bir sıra istilik dalğalarından əziyyət çəkib. Anomal hava artıq minlərlə insanın ölümünə və geniş yayılmış meşə yanğınlarına səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər