Kriminal

Masazırda azarkeşlər arasında insident: Saxlanılanlar var

12 Aug 2026, 16:50 3 baxış
Masazırda azarkeşlər arasında insident: Saxlanılanlar var
Avqustun 11-də Masazır kəndində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında "Sabah" və "Orhus" (Danimarka) futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir. Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunublar. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"u mübarizədən kənarlaşdırıb. Səfərdə 1:2 hesabı ilə uduzan "Sabah" evdə rəqibini dörd cavabsız qolla üstələyib. Oyundan əvvəl isə klubların azarkeşləri arasında dava düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər