Kriminal

Azərbaycandan Rusiyaya keçmək istəyən iki əcnəbi saxlanıldı

12 Aug 2026, 12:50 2 baxış
Azərbaycandan Rusiyaya keçmək istəyən iki əcnəbi saxlanıldı
Dövlət sərhədini pozmağa cəhd göstərən iki Əlcəzair vətəndaşı saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı saxlanılıb. Saxlanılan şəxslərin 1994-cü il təvəllüdlü Maxluf Huari və 1996-cı il təvəllüdlü Brahim Huari olduğu bildirilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər