Kriminal
Dəhşətli qəza: AAYDA-ya məxsus maşın iki yük avtomobilinin arasında qaldı - VİDEO
Bu gün Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) məlumat daxil olub.
Qeyd edilib ki, hadisə zamanı MAN markalı yük maşını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Mitsubishi" markalı maşına çırpılıb. Zərbədən sonra minik avtomobili yük maşını ilə beton borular daşıyan "Mercedes" markalı evakuatorun arasında qalaraq yararsız vəziyyətə düşüb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Mənbə
oxu.az