Kriminal
Lənkəranda açıq sahədə yanğın başlayıb - FOTO
Lənkəranda açıq sahədə yanğın başlayıb. Oxu.Az AZƏRTAC-a istinadl xəbər verir ki, yanğın hadisəsi rayonun Separadi kəndi ərazisində baş verib. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülür. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Mənbə
oxu.az