Kriminal

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - VİDEO

11 Aug 2026, 19:42 2 baxış
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - VİDEO
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb ediliblər. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Rüfət İsrayıl oğlu İsmayılov dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər