Kriminal
Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə
Lənkəranda meşəlik ərazidə iki nəfərin meyiti tapılıb. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndi ərazisində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri rayonun "İbadi" deyilən meşəlik ərazisində aşkar edilib. Hazırda onların ölüm səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az