Kriminal
Şamaxı-İsmayıllı yolunda yük maşını aşdı - VİDEO
Bu gün Şamaxı-Muğanlı-İsmayıllı yolunda avtomobil qəzası baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Mercedes" markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qeyd olunub ki, sözügedən yolda tez-tez qəzalar baş verir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə
oxu.az