Kriminal
Ucara qardaşıgilə gələn qadın zəhərlənib öldü
Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib. Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az