Dünya

Günəş sistemində illərdir sirr olaraq qalan hadisənin səbəbi tapıldı

11 Aug 2026, 03:34 9 baxış
Günəş sistemində illərdir sirr olaraq qalan hadisənin səbəbi tapıldı
Beynəlxalq fiziklər qrupu Günəş sisteminin ilkin maddəsində molibden-94 izotopunun anomal dərəcədə yüksək miqdarının sirrini açıb. Oxu.Az xəbər verir ki, bununla bağlı elmi araşdırma "Physical Review Letters" jurnalında dərc olunub. Alimlərin fikrincə, bu fenomeni izah etmək üçün naməlum və ya ekzotik fiziki proseslərə ehtiyac yoxdur. Tədqiqatçılar müəyyən ediblər ki, hidrogen ehtiyatlarını tükətmiş yaşlı ulduzların daxilində baş verən nüvə reaksiyaları nəticəsində molibden-94 izotopu əvvəlki hesablamalardan daha çox yaranır. Tədqiqatın nəticələri Günəş sistemində uzun illərdir müzakirə olunan "molibden anomaliyası" ilə bağlı nəzəriyyə və müşahidələr arasındakı ziddiyyəti aradan qaldırmağa imkan verib.
Günəş sistemində illərdir sirr olaraq qalan hadisənin səbəbi tapıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər