Kriminal
Azərbaycanda daha bir zəlzələ oldu
23:26
Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.
***
Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:29-da, 7 km dərinlikdə qeydə alınıb.
Mənbə
axar.az