Dünya

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

10 Aug 2026, 22:36 9 baxış
Kolumbiyada fövqəladə vəziyyət elan edildi
Kolumbiya hökuməti 7.4 maqnitudalı dağıdıcı zəlzələ ilə əlaqədar ölkə miqyasında fövqəladə vəziyyət elan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı ölkə Prezidenti Abelardo de la Esprielya verib. * Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi * Kolumbiyanı silkələyən 7,4 maqnitudalı zəlzələ: Sunami təhlükəsi var? * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı * 7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli İdarədən bildirilib ki, qərar dövlət başçısı və Nazirlər Kabinetinin iştirakı ilə keçirilən fövqəladə hökumət iclasının nəticələrinə əsasən yekdilliklə qəbul edilib. Daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Kolumbiyada 7.4 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb. Son hökumət məlumatlarına görə, güclü yeraltı təkanlar nəticəsində azı 80 nəfər ölüb. Ölkənin müxtəlif bölgələrində yüzlərlə insanın xəsarət aldığı və itkin düşdüyü bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər