Dünya

SEPAH-da YENİ DÖVR: Xamenei qərar verdi - FOTO

10 Aug 2026, 20:36 6 baxış
SEPAH-da YENİ DÖVR: Xamenei qərar verdi - FOTO
İranın Ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müctəba Xamenei ölkənin ali hərbi komandanlığında bir sıra mühüm vəzifələrə yeni rəhbərlərin təyin edilməsi ilə bağlı fərmanlar imzalayıb. Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir. Məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahı rəisi vəzifəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Əli Abdullahi, onun müavini vəzifəsinə isə briqada generalı Kiyumərs Heydəri təyin edilib. SEPAH-ın baş komandanı vəzifəsinə general-mayor rütbəsi verilmiş Əhməd Vahidi gətirilib. Onun müavini vəzifəsini isə SEPAH-ın general-mayoru Mustafa Ezadi tutub.
İran Hərbi Dəniz Qüvvələrinə komandanlıq kontr-admiral Əli Əzəmiyə həvalə edilib. Bundan əlavə, hərbiləşdirilmiş "Bəsic" qüvvələrinin rəhbəri vəzifəsinə Hüseyn Təeb təyin olunub.
SEPAH-da YENİ DÖVR: Xamenei qərar verdi - FOTO SEPAH-da YENİ DÖVR: Xamenei qərar verdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər