Dünya

Böyük Britaniyaya gedən miqrantların sayında rekord qeydə alındı

10 Aug 2026, 20:48 6 baxış
Böyük Britaniyaya gedən miqrantların sayında rekord qeydə alındı
Böyük Britaniyaya göyərtəsində rekord sayda miqrantın olduğu kiçik qayıq çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Məlumata görə, qayıqda 230 nəfər olub. Bu, indiyədək La-Manş boğazını keçərək Böyük Britaniyaya çatan bir qayıqda qeydə alınan ən yüksək göstəricidir. Qeyd olunur ki, bir qayıqla La-Manş boğazını keçən insanların sayına görə əvvəlki rekord 165 nəfər olub. Həmin rekord cəmi bir ay əvvəl qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər