Kriminal

Lalə Şövkətin səhhəti necədir? - Oğlu danışdı

10 Aug 2026, 20:54 10 baxış
Lalə Şövkətin səhhəti necədir? - Oğlu danışdı

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb.


Axar.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.


O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:


"Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik".


Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər