Kriminal

Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi

10 Aug 2026, 19:12 6 baxış
Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi
Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi verib. Oxu.Az xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında qeydə alınıb. Belə ki, VAZ-21013 markalı avtomobil hərəkətdə olarkən aşıb. Nəticədə avtomobildə olan Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi
Mənbə oxu.az

Oxşar Xəbərlər