Dünya

Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı

10 Aug 2026, 18:54 8 baxış
Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində bir neçə hava limanının fəaliyyətində fasilələr yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb. "Bu səhər Kolumbiyada baş verən zəlzələdən sonra bir sıra hava limanlarının fəaliyyətində fasilələr qeydə alınıb. Biz vəziyyəti fasiləsiz izləyirik və sərnişinləri rəsmi kanallardan və aviaşirkətlərdən daxil olan məlumatları diqqətlə izləməyə çağırırıq", - deyə qurumun paylaşımında bildirilib. Məlumata görə, yeraltı təkanlar, xüsusilə, Pereyra şəhərindəki hava limanına ziyan vurub. Qeyd edək ki, daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Kolumbiyada 7.4 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb. Hökumət orqanları zərərçəkənlərin olduğunu bildiriblər, lakin onların sayı açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər