Dünya
7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi: DƏHŞƏTLİ KADRLAR - FOTO - VİDEO
Kolumbiyanın Çoko departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri 7.4 maqnitudalı zəlzələnin səbəb olduğu dağıntılar və xəsarət alanlar barədə məlumat verib. Oxu.Az xəbər verir ki, qubernator "X" sosial şəbəkəsindəki hesabında Kibdo şəhərində yaralananların olduğunu, binalara ciddi ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, hazırda hökumət nümayəndələri tərəfindən dəymiş zərərin miqyası qiymətləndirilir. Qubernator, eyni zamanda, ərazidə yeraltı təkanların yenidən təkrarlanma ehtimalının olduğunu da qeyd edib.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. Oxu.Az-ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 115 km dərinlikdə olub. Hazırda xəsarət alanlar və ya təbii fəlakətin yaratdığı dağıntılar barədə heç bir məlumat daxil olmayıb.

Mənbə
oxu.az