Dünya

Səudiyyə Ərəbistanında DƏHŞƏTLİ YANĞIN: 16 miqrant həlak oldu - VİDEO

10 Aug 2026, 17:52 6 baxış
Səudiyyə Ərəbistanında DƏHŞƏTLİ YANĞIN: 16 miqrant həlak oldu - VİDEO
Səudiyyə Ərəbistanının paytaxtında fəaliyyət göstərən mebel fabrikində baş verən yanğın nəticəsində Banqladeşdən olan ən azı 16 əmək miqrantı həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Arab Weekly" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 9-da Ər-Riyadın Musa-Sənaya sənaye zonasında yerləşən mebel istehsalı müəssisəsində qeydə alınıb. Banqladeş səfirliyi qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi və cəsədlərin tezliklə vətənə qaytarılması məqsədilə krallıq rəsmiləri ilə davamlı əlaqə saxlayır. Eyni zamanda, respublika hökuməti həlak olanların ailələrinə maddi yardım ayrılması barədə göstəriş verib. Yanğının başvermə səbəbləri hələlik məlum deyil. "The Arab Weekly" nəşri qeyd edir ki, Səudiyyə Ərəbistanı Banqladeşdən gələn əmək miqrantları üçün ən böyük mərkəzdir. Hazırda krallıqda bu ölkənin təxminən 3.5 milyon vətəndaşı yaşayır və işləyir. Onların böyük əksəriyyəti tikinti, istehsalat və xidmət sahələrində çalışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər