Dünya

Fransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı

10 Aug 2026, 16:28 1 baxış
Fransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı
Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdən bir neçə lotereya bileti alıblar. Həmin biletlərdən biri onlara uğur gətirib. Cütlük böyük uduş barədə yalnız on gün sonra xəbər tutub. Üstəlik, əvvəlcə onlar cəmi 30 min avro qazandıqlarını düşünüblər. Lakin Fransa lotereyasının dəstək xidmətinə zəng etdikdən sonra əsl uduş məbləğinin 10 milyon avro olduğu üzə çıxıb. Qalib hisslərini bölüşərək deyib: "Biz ilk dəfə oynayırdıq. Bu, inanılmazdır". O etiraf edib ki, bu qazanc onlara böyük rahatlıq gətirib. Artıq cütlüyün özlərinin və övladlarının gələcəyi üçün narahat olmalarına ehtiyac yoxdur, onlar sadəcə sakit həyat sürüb ətrafa yaxşılıq edə bilərlər. Elə həmin tirajda Parisdən olan digər bir iştirakçı da 10 milyon avro qazanıb. Həmin şəxs isə əldə etdiyi vəsaiti necə xərcləyəcəyinə hələ qərar verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər