Dünya

Böyük Britaniya həbsxanalarında böhran: Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılır

10 Aug 2026, 16:52 1 baxış
Böyük Britaniya həbsxanalarında böhran: Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılır
Probasiya xidmətinin rəhbəri Martin Cons İngiltərə və Uelsin cəzaçəkmə müəssisələrində boş yerlərin tükənməsi təhlükəsi ilə bağlı həyəcan təbili çalıb. Buna səbəb kimi şərti azadlığa buraxıldıqdan sonra lisenziyası ləğv edilərək təkrar həbs olunanların sayının görünməmiş səviyyəyə yüksəlməsi göstərilir. Bu barədə Oxu.Az "The Telegraph" nəşrinə istinadən məlumat yayıb. 2026-cı ilin mart ayında başa çatan 12 aylıq dövr ərzində 51 419 nəfər "recall" proseduru ilə yenidən cəzaçəkmə müəssisələrinə qaytarılıb. Bu, əvvəlki illə müqayisədə 28% çoxdur və mövcud statistikanın aparıldığı dövr üçün ən yüksək göstəricidir. Lisenziyanın ləğvi azadlığa buraxılma şərtləri pozulduqda tətbiq edilir, bəzi hallarda isə yeni ittihamların irəli sürülməsi buna əsas olur. 2026-cı ilin yanvar və mart ayları aralığında lisenziyası geri alınaraq həbsə qaytarılanların sayı ilk dəfə olaraq sərbəst buraxılanların sayını üstələyib: 12 977 nəfərə qarşılıq 13 193 nəfər. Hazırda İngiltərə və Uelsdəki hər yeddi məhkumdan təxminən biri məhz bu xüsusi qayda əsasında həbsxanaya geri göndərilənlərdir. "Recall" proseduru - cəzasını tam çəkmədən probasiya xidmətinin nəzarəti altında lisenziya üzrə sərbəst buraxılmış şəxslərin təkrar olaraq həbsxanaya qaytarılmasını nəzərdə tutan hüquqi addımdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər