Digər

İranın Trampla “qumar oyunu”: Tehran vaxt qazanmaq istəyir

10 Aug 2026, 16:55 1 baxış
İranın Trampla “qumar oyunu”: Tehran vaxt qazanmaq istəyir

İran ABŞ Prezidenti Donald Trampla danışıqlarda vaxt qazanmağa çalışır və əldə olunan razılaşmaları sonradan pozaraq vəziyyəti öz xeyrinə dəyişdirmək niyyətindədir.


Axar.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri analitik hesabatında məlumat verib.


“İranın razılaşmaları dəfələrlə pozması Trampı diplomatik imkanların tükəndiyi qənaətinə gətirə bilər. Belə olan halda Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı siyasi və strateji təzyiqin artacağı, Trampın isə daha geniş kampaniya üçün İsrailə müraciət edə biləcəyi iddia olunur”, - nəşr bildirib.


Qeyd olunub ki, İran rəhbərliyi hər zaman yeni “qumar” üçün vaxtının olduğunu düşünür, ancaq bu strategiya nəticədə Tehranın geri qaytarılması mümkün olmayan vaxtı itirməsinə səbəb ola bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər