Dünya
Ukrayna Rusiyanın iki "S-400"ünü məhv etdi - ANBAAN VİDEO
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Group 13" xüsusi bölməsinin operatorları Rusiyanın iki "S-400 Triumph" zenit-raket kompleksinin buraxılış qurğusunu və "Orion" PUA idarəetmə antenasını məhv ediblər. Oxu.Az-ın NV.ua-ya istinadən xəbərinə görə, bu barədə Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Məlumata görə, Rusiya hədəflərinin vurulması avqustun əvvəlində Krım ərazisində keçirilən əməliyyat zamanı baş tutub. Kəşfiyyatçılar zərbənin endirilməsi üçün FPV dronlarını daşıyan "Magura" dəniz platformalarından istifadə ediblər. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, "S-400" və PUA idarəetmə antenasının məhv edilməsi nəticəsində Rusiya qoşunlarının təxmin edilən itkiləri on milyonlarla dollara çata bilər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər