Dünya

İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO

10 Aug 2026, 14:52 2 baxış
İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO
İspaniyanın Əndəlüs muxtar icmasında baş verən meşə yanğını səbəbindən 470-dən çox insan təxliyə edilib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə regional hakimiyyət orqanlarının press-relizində məlumat verilib. Məlumata görə, yanğın avqustun 6-da Niebla yaşayış məntəqəsi yaxınlığında başlayıb.


{{gallery}} "Yanğın nəticəsində ümumilikdə 474 nəfər təxliyə edilib", - deyə məlumatda bildirilib. Həmçinin yanğın səbəbindən bir sıra yollarda nəqliyyatın hərəkəti dayanıb. Təbii fəlakətlə mübarizəyə yüzlərlə insan və aviasiya cəlb edilib. Yanğın artıq təxminən 8 000 hektar əraziyə yayılıb. Daha əvvəl isə İspaniyanın milli meteorologiya agentliyi ölkənin bir sıra bölgələrində istilər səbəbindən əlverişsiz hava şəraiti barədə xəbərdarlıq etmişdi. Agentlik təhlükə vəziyyətini sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyələrə qaldırıb. Proqnozlara əsasən, havanın temperaturu 40 dərəcə Selsiyə çata bilər.
İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO İspaniyada meşə yanğını: Yüzlərlə insan təxliyə edildi - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər