Kriminal
Beyləqanda maşın ağaca çırpıldı, dörd nəfər xəsarət aldı
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Zülfüqar Şükürovun sürdüyü "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişinləri - Adilə Şükürova, Məhsəti Səfəri və onun həyat yoldaşı, iranəsilli Azərbaycan vətəndaşı Hassani Səfər xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az