Dünya
Tailandda keçmiş millət vəkili məmuru güllələdi
Tailandın paytaxtı Banqkok şəhəri yaxınlığında fəaliyyət göstərən yerli hökumət binasında baş verən silahlı hücum nəticəsində iki nəfər xəsarət alıb. Oxu.Az-ın "Vesti"yə istinadən verdiyi məlumata əsasən, hadisə ilə bağlı əyalət qubernatorunun müavini açıqlama yayıb. Məlumata görə, sabiq deputat olduğu bildirilən şübhəli Nonthaburi əyalətinin yüksəkvəzifəli rəsmisinə və onun sürücüsünə atəş açıb. Bildirilir ki, silahlı hücumda şübhəli bilinən sabiq deputat hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə Tailandda məktəbdə baş vermiş atışmadan cəmi bir neçə gün sonraya təsadüf edib. Ötən cümə günü 14 yaşlı yeniyetmənin əvvəlcə evində, daha sonra isə Debsirin Nonthaburi məktəbində atəş açması nəticəsində hücum edən şəxs də daxil olmaqla doqquz nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Mənbə
oxu.az