Kriminal

Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü

10 Aug 2026, 12:44 35 baxış
Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü
Şəmkir rayonunda qaynaqçı ehtiyatsızlıqdan ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndinin ərazisində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Əli Hümbət oğlu Abdıyev qaynaq işi görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər