Kriminal
İmişlidə balıqçı Araz çayında boğuldu
İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib. Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb. E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə
oxu.az