Kriminal

Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan öldü

10 Aug 2026, 10:28 1 baxış
Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan öldü
Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 9-u saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi işlədiyi zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş E.İsmayılzadə ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər