Kriminal
Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü
Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vurub. Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki fərdi yaşayış evinin həyətində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Sabir oğlu Xancanov həyətində işləyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az