Kriminal
Cəlilabadda YANĞIN: Transformator partladı, bəzi ərazilər işıqsız qaldı - FOTO
Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə səbəbi araşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az