Kriminal

Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı

10 Aug 2026, 01:30 2 baxış
Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi "Ural" markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub. Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı
Mənbə oxu.az

Oxşar Xəbərlər