Kriminal

Cəlilabadda transformator partladı, yanğın baş verdi

10 Aug 2026, 00:42 2 baxış
Cəlilabadda transformator partladı, yanğın baş verdi

Cəlilabad rayonunun Uzuntəpə kəndində elektrik transformatorunda partlayış baş verib.


Axar.az xəbər verir ki, hadisə kənd ərazisində yerləşən elektrik transformatorunda qeydə alınıb.


Qəfil partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hadisə ilə əlaqədar ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.


Partlayışın səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər